|
ABŞ Dövlət Departamentinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəməsi müsbət haldır.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Respublikaçı senator Con Makkeyn paylaşıb.
“Dövlət Departamentinin kimyəvi hücum ucbatından Rusiya və Putinə qarşı sanksiya tətbiq etmək istiqamətində çalışmasını görmək xoşdur. Konqres sanksiyaların sürətli və tam həcmdə icrasına əmin olmaq üçün prosesə davam etməlidir”, - o bildirib.