|
Heç bir təhdid, şantaj, əməliyyat Türkiyənin iradəsini qorxuda bilməz.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın çıxış edib.
"İqtisadi manipulyasiyalar üzərindən bu millətə diz çökdürəcəyini zənn edənlər bu milləti heç tanımır. 15 iyul dövlət çevrilişinə cəhd zamanı hər şey dağıldı, bitdi deyənlər yanılmışdılar. Yenə yanılacaqlar. Türkiyə bu mübarizədən də qalib ayrılacaq. Birlikdə bu qələbəni əldə edəcəyik", - Qalın söyləyib.