|
Talibanın Qəznə şəhərinə hücumu nəticəsində 103 nəfər həlak olub, 133 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ölənlərdən 90 nəfəri hərbçilər, 13-ü isə mülki vətəndaşlardır. Qarşıdurma zamanı Taliban qüvvələri də itkilər verib.
Qeyd edək ki, cümə günü “Tolo Nyus” telekanalı Taliban dəstələrinin şəhərə müxtəlif istiqamətlərdən girməyə çalışdığını bildirmişdi.