![]() |
|
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhərinin Sermada mahalında şiddətli partlayış baş verib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 32 nəfər həlak olub, 45-i yaralanıb. İdlib Mülki Müdafiə qurumunun məlumatına görə, 13 nəfər dağıntılar altından xilas edilib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə ilə bağlı istintaq başladılıb.