|
ABŞ Prezidenti Donald Tramp inauqurasiya mərasimi zamanı Bibliyaya deyil, özünün qələmə aldığı “Müqavilələrin bağlanması sənəti” adlı kitabına and içmək istəyirmiş.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyumanın yeni çapdan çıxan kitabında qeyd edilib.
Müəllif bildirib ki, Tramp inauqurasiya zamanı Bibliya əvəzinə özünün bestsellerinə and içməyin mümkün olub-olmaması ilə maraqlanıb.
Bu da o anlama gəlib ki, guya Tramp ölkəsi üçün mühüm müqavilələr imzalamağa hazırlaşır.