|
Suriyada humanitar vəziyyətə görə narahat olan və orada kimyəvi silah tətbiqinin izlərini axtaran Qərb ölkələri hələ də NATO-nun Serbiyadakı bombardmanının nəticələri ilə bağlı cavab verməyib.
Axar.az xəbər verir ki, bunu Serbiyada səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Biz onların davamlı olaraq Suriya ilə bağlı bəyanatlar səsləndirdiklərini görürük. Əlbəttə, Qərbin Yaxın Şərqdə humanitar vəziyyətlə maraqlanması çox gözəldir, amma Avropada da humanitar problemlər var. Əgər Qərb bunu deyirsə, onda ilk növbədə özlərinin Avropa qitəsində törətdiklərinə cavab verməlidirlər”, - Zaxarova bildirib.