|
Misir məhkəməsi Müsəlman Qardaşları Təşkilatının şura rəhbəri Məhəmməd Bədii, Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd əl-Biltaci də başda olmaqla, 5 nəfər haqqında hökm çıxarıb.
Axar.az xəbər verir ki, Qahrə Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Bədii, Məhəmməd Biltaci, Azadlıq və Ədalət Partiyasının sədr müavini İsam əl-Aryan, Saffət Hicazi və “İxvan”ın rəhbərlərindən olan Əl-Hüseyni Antep ömürlük həbs cəzasına məhkum olunublar.