|
ABŞ-ın Türkiyə və Çinə qarşı gömrük rüsumlarını artırması qanunsuzdur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer deyib. Onun sözlərinə görə, ABŞ-ın yaratdığı ticarət savaşı Avropada iş imkanlarını və artım templərini parçalayır:
“Trampın iqtisadi savaşı yeni qeyri-müəyyənliklər yaradır. Avropa ABŞ qarşısında diz çökməyəcək. Dünya daha aşağı gömrük rüsumları olan, daha açıq bazarların olduğu şəraitə ehtiyac duyur”.