|
İran iqtisadiyyatı xarici sanksiyalardan çox, daxili problemlərdən əziyyət çəkir.
Axar.az xəbər verir ki, bunu İranın Ali Dini lideri Əli Xamenei deyib.
Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı sanksiyaların bir hissəsini bərpa edib. Sanksiyaların bərpasından sonra İran valyutası dollara nisbətdə 10 dəfədən çox ucuzlaşıb. Ölkədə neft və bir sıra digər məhsulların ixracı azalıb.