|
Xəzərin statusu ilə bağlı sənəd ABŞ-ın sanksiyalarından sonra İran üçün həyati vacib əhəmiyyət daşıyır.
Axar.az xəbər verir ki, bu iddia ilə “Qardian” qəzeti çıxış edib.
“Diplomatlar bu sənədi regional konstitusiya adlandırdılar. Bu konvensiya çox çətin diplomatik qələbənin nəticəsi oldu. İran uzun müddətdir çalışırdı ki, Avropa ilə ticarət və diplomatik tərəfdaşlıq əldə etsin. ABŞ-ın sanksiyalarından sonra indi İran Rusiya, Çin və digər regional müttəfiqlərinə müraciət edir ki, öz iqtisadiyyatını qoruyub saxlaya bilsin”, – məqalədə qeyd olunub.
“Deyli Ekspress” qəzeti isə razılaşmanın ABŞ prezidenti Donald Trampın İranın energetika sənayesinə sanksiyalar tətbiqi haqqında açıqlamasından sonra imzalanmasına diqqət yetirib. Qəzetin iddiasına görə, bu razılaşma bölgəyə yeni layihələrə impuls verə bilər.