|
ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi amerikalı investorlar üçün böyük narahatlıq yaradır.
Axar.az xəbər verir ki, ABŞ-ın sanksiyaları Nyu York birjasında neqativ vəziyyət yaradıb, son günlərdə indekslərdə baş verən itkilər artırıb.
ABŞ-ın Türkiyəyə polad və alüminiumla bağlı əlavə vergilər tətbiq etdiyi gün birjada indekslər təxminən 0,7 faiz azalıb. Son 4 günün 3-də itkilər olub.