|
Almaniya kansleri Angela Merkelin Ərdoğanla baş tutacaq görüşü ABŞ-Türkiyə gərginliyinin həllinə fayda verə bilər.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” nəşri yazıb.
“Ərdoğanın bu dəfə Berlinə zəif bir mövqedə getməsi üstünlükdür. Merkelin qaçqın böhranında yardım axtarmaq üçün Ərdoğanla keçirilən görüş isə bunun tərsi olmuşdu, ancaq heç kim bunu açıq şəkildə dilə gətirməmişdi. Ərdoğan ölkəsinin iqtisadi və siyasi böhranına çarə tapmağa məcburdur. Almaniya hökuməti ona yardım etməlidir, lakin şərtlərini də bildirməlidir. Ərdoğan hökumətinin edə biləcəyi çox şey var. Əgər bunları etsə, hər kəsin xeyrinə olacaq”, - nəşr yazıb.