|
Ankaraya keşiş Endryu Branson üçün heç nə ödəməyəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Biz günahsız insanın azad olunması üçün heç nə ödəməyəcəyik və Türkiyəyə çəkdiyimiz xərcləri azaldacağıq”, - Tramp bildirib.
Tramp Türkiyəni uzun müddət öz maraqları üçün ABŞ-dan istifadə etməkdə günahlandırıb.