|
Çin ABŞ və müttəfiqlərinə hərbi zərbə endirmək planları hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Çin Silahlı Qüvvələrinin 2018-ci ildəki vəziyyətinə həsr olunmuş hesabatında deyilib.
Hesabat müəlliflərinin fikrincə, son illərdə Çin hərbçilərinin keçirdiyi təlimlərin coğrafiyası genişlənib. Bununla da Çin ordusunda ABŞ və müttəfiqlərinə zərbə endirmək təcrübəsi formalaşıb.
Bununla belə hesabat müəllifləri Çinin güc nümayişi yolu ilə ABŞ-a hansı siqnalı ötürməyə çalışdığının aydın olmadığını qeyd ediblər.