|
Səudiyyə Ərəbistanı Suriyanın Rakka şəhərinin restavrasiyası üçün İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinə 100 milyon dollar ayırıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.
Noyert ABŞ-ın Ər-Riyad hökumətinin dəstəyindən məmnunluq hissi keçirdiyini ifadə edib və yardımın Dövlət katibi Mayk Pompeonun 12 iyulda Brüsseldə keçirilən İŞİD-ə qarşı mübarizə koalisiyasının toplantısında edildiyini açıqlayıb.