|
Kataloniya lideri Kim Torra Barselona və Kambrilsdə keçirilən terror aktlarının ilk ildönümündə qurbanların yaxınlarının istəyinə baxmayaraq bir sıra siyasi fikirlər səsləndirib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Torra çıxışı zamanı Kataloniya respublikasının yaranması üçün hər şeyi edəcəyini bildirib. Katalon lider həmçinin Barselona yaxınlığında katalon siyasətçilərin saxlandığı Lyedoners həbsxanasını da ziyarət edib.