|
Əmlak Məsələləri Dövlət Komitəsi 42 yaşlı buzqıran gəmini hərraca çıxarır.
Axar.az xəbər verir ki, 18 sentyabr tarixində keçirilməsi gözlənilən hərracda ləğv edilən “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-nin “Kapitan Rəcəbov” adına buzqıran gəmisi təqdim ediləcək.
1976-cı il istehsalı olan gəmi 42 ildir istismardadır.
“Kapitan Rəcəbov” adına buzqıran gəmi üçün ilkin start qiymət 510.000 manat müəyyən edilib.