|
İraqın Bəsrə şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması və korrupsiyaya qarşı mübarizə tələbilə nümayişçilər aksiyaya davam ediblər.
Axar.az xəbər verir ki, iraqlı nümayişçilər aksiyalara müdaxilələrin ediləcəyi və həbslərin davam edəcəyi təqdirdə mülki itaətsizliyə müraciət edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, bir neçə gün öncə İraqın təhlükəsizlik qüvvələri Bəsrədə bir nümayişçini döyərək öldürüb, 20 nəfəri isə saxlayıb.