|
ABŞ-da Çin ordusunun 2018-ci ildəki vəziyyəti haqqında hazırlanan hesabat rəsmi Pekinin kəskin etirazına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan danışıb.
“ABŞ-da hazırlanan hesabatda real faktlar nəzərə alınmayıb, ordumuzun quruculuğu barədə absurd şərhlər verilib, Çinin müstəqilliyi və ərazi bütövlüyü barədə məsuliyyətsiz bəyanatlar səsləndirilib. Çin tərəfi bununla əlaqədar kəskin etirazını bildirir”, - Kan deyib.