|
ABŞ-da keçirilən seçkilərə müdaxilə ilə bağlı Tramp və Rusiya arasında əlaqə olmasını təsdiqləyən heç bir sübut yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Riçard Berr deyib.
Berrin sözlərinə görə, 19 aydan artıqdır məşğul olduğu araşdırma gözlədiyindən daha çətin keçib.
“Ən pis yol istintaqı vaxtından əvvəl yekunlaşdırmaq olardı. Hələ qapalı qapılar ardında danışılacaq bir neçə şəxs və təkrar görüşməli olacağımız şahidlər var”, - Berr bildirib.
Qeyd edək ki, Kəşfiyyat komitəsi sentybarın birinci həftəsində Feysbukun əməliyyat direktoru Şeril Sendberq və Tvitterin rəhbəri Cek Dorsi ilə görüşəcək.