|
Pakistanın Təhriki İnsaf Partiyasının lideri İmran Xan Pakistanın 22-ci baş naziri kimi and içərək, vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Geo TV informasiya yayıb.
Qeyd edək ki, Təhriki İnsaf Partiyası parlamentdə 272 yerdən 110-nun sahibi olub. Ondan sonrakı yeri Pakistan Müsəlman Liqası tutub. Partiya 63 yerlə kifayətlənib.
Üçüncü yerdə isə 42 səslə sol mərkəzçi Pakistan Xalq Partiyası qərarlaşıb.
Təhriki İnsaf Partiyasına Pakistanın kriket üzrə yığmasının keçmiş kapitanı İmran Xan rəhbərlik edir.