|
Donald Trampın seçkilərə Rusiya müdaxiləsi ilə bağlı həddini aşan davranışları satqınlıq anlamına gəlir.
Axar.az xəbər verir ki, bu sözləri MKİ-nin keçmiş rəhbəri Con Brennan deyib.
Onun sözlərinə görə, Rusiya müdaxiləsi ilə bağlı Trampın qəti olmayan mövqeyi ölkə hakimiyyətinə və vətəndaşlarına zərər vurur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp MKİ-nin keçmiş rəhbəri Con Brennanı məxfi informasiyalar əldə etmək hüququndan məhrum edib.