Xəzərin hüquqi statusu haqqında Konvensiya tarixi sənəddir.

Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri bu Konvensiyada əksini tapıb. Xəzəryanı ölkələr bundan sonra Xəzər dənizində Konvensiyanın tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklər.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən Konvensiyanın imzalanması ərəfəsində erməni lobbisinə yaxın dairələrin anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərdiklərini xatırladan deputat qeyd edib ki, yalnız “Xəzər beşliyi” ölkələrin, xüsusən Azərbaycanın güclü siyasi iradəsi və birgə əməkdaşlıq fəaliyyəti bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılamasına imkan verdi. A.Badamov əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün region ölkələrinin maraqlarına uyğundur.

Deputat bildirib ki, bundan sonra Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları Konvensiya ilə qorunacaq. Konvensiyada Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.

Azərbaycanın Konvensiyanın imzalanmasında çox fəal rol oynadığını söyləyən Azər Badamov bildirib ki, bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. “Xəzəryanı dövlətlər arasında hüquqi əhəmiyyəti olan Konvensiyanın imzalanması özünün ciddi geosiyasi, mədəni, ekoloji, iqtisadi və kommunikativ nəticələrini verəcək”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti