|
ABŞ Dövət Departamentində İranda dövlət çevrilinə hazırlıq üçün qrup yaradılıb.
Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter hesabında yazıb.
“65 il əvvəl ABŞ xalqın seçdiyi Müsəddiqin qanuni hökumətini devirdi və diktaturanı bərpa edərək İran xalqını növbəti 25 il ona tabe etdi. İndi də Dövlət Departamenti təzyiq, dezinformasiya yolu ilə eyni planı həyata keçirmək istəyir. Heç nə alınmayacaq”, - Zərif bildirib.