|
ABŞ İranla nüvə sazişindən imtina etdikdən sonra prezidentlərin görüşünün heç bir anlamı qalmır.
Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif CNN kanalına müsahibəsi zamanı deyib.
“ABŞ birgə hərtərəfli fəaliyyət planından çıxmaqla əvvəllər nail olunmuş böyük irəliləyişin üstündən xətt çəkdi. Müqavilə bizim üçün lakmus kağızı idi, ABŞ-a inana bilərik, yoxsa yox?”, - nazir bildirib.