|
Taliban yaraqlıları Əfqanıstanın şimalındakı Qunduz bölgəsində sərnişin avtobuslarına hücum ediblər.
Axar.az xəbər verir ki, bu barədə 1TV informasiya yayıb.
Məlumata görə, paytaxt istiqamətində hərəkət edən 3 avtobusu saxlayan taliblər sərnişinləri girov götürüblər. Sərnişinlərin xilas edilməsi istiqamətində əməliyyat başladılıb.
Qeyd edək ki, ötən gün “TOLO Nyus” kanalı Talibanın Qurban bayramı münasibətilə girovda saxladığı yüzlərlə vətəndaşı azadlığa buraxacağını iddia edib.