|
Pentaqonun Perspektivli Araşdırma Layihələri Agentliyi gizli və müdaxilələrə qarşı davamlı mesencerin hazırlanması üçün 44 milyon dollar ayırıb.
Axar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Yeni sistemə əsasən, hakerlər mesencerin qovşaqlarından birinə giriş əldə etsələr belə, istifadəçinin tam məxfiliyi və ötürülən informasiyanın bütövlüyü qorunacaq. Bununla yanaşı, həmsöhbətlərin dialoqları şifrələnəcək.
Proqramın 2019-cu ildən 2023-cü ilə qədər hazırlanması nəzərdə tutulur. Bu mesencer “Android” əməliyyat sistemində fəaliyyət göstərəcək.