|
Rusiya Hindistana satılacaq S-400 zenit raket komplekslərinin qiymətində güzəşt edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev danışıb.
“Hindistan bizim üçün strateji müttəfiqdir. Buna görə də istəyini nəzərə aldıq”, - Şuqayev bildirib.
Xatırladaq ki, Rusiya ilə Hindistan arasında S-400-lərlə bağlı 2016-cı ilin oktyabrında razılıq əldə olunub.