|
Türkiyə ABŞ sanksiyalarından dolayı Dünya Ticarət Təşkilatına (DTT) şikayət ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə elə təşkilatın özü məlumat yayıb.
Bildirilib ki, şikayət ABŞ-ın polad və alüminiumla bağlı tətbiq etdiyi əlavə vergi rüsumları ilə bağlıdır.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Türkiyədən gələn polad və alüminiumla bağlı vergilərin müvafiq olaraq 50 və 20 faiz həcmində artırılması ilə bağlı qərar vermişdi.