|
Ankarada səfirlik binasının atəşə tutulmasını qətiyyətlə pisləyirik.
Axar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
“ABŞ səfirliyinin, diplomatik nümayəndəliklərin, eləcə də burada çalışan əməkdaşların təhlükəsizliyi gücləndirilib”, - deyə sözçü qeyd edib.
Qeyd edək ki, dünən gecə ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub.