|
Almaniyanın Türkiyəyə maliyyə yardımı göstərməsi hazırda gündəmdə deyil.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert söyləyib. O bildirib ki, Almaniya Türkiyədə iqtisadi sabitliyin qorunmasının tərəfdarıdır.
Bu açıqlamadan sonra Almaniya kansleri Angela Merkel Türkiyənin Berlinin köməyinə ehtiyacı olmadığını deyib.
Qeyd edək ki, ötən gün Almaniyanın Sosial Demokrat Partiyasının sədri Andrea Nales rəsmi Berlinin Türkiyəyə maliyyə yardımı etməyə çağırıb.