|
Kosmosa silah yerləşdirən ilk ölkə Rusiya olmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, ABŞ bu məsələni ciddi siqnal olaraq qəbul etməlidir.
Qeyd edək ki, ABŞ-ın kosmosda Rusiya peyklərini hədəf ala biləcək raketlər hazırladığı iddia edilir.