|
Prezident Vladimir Putin yaxşı əhval-ruhiyyəyə köklənib və Rusiya-ABŞ münasibətlərini dərin böhrandan çıxarmaq istəyir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
“Rusiya prezidenti bizim dərin böhranda olan ikitərəfli münasibətlərimizi yaxşılaşdırmaq istəyir. Bu barədə özü də dəfələrlə deyib. Bu əhval-ruhiyyə qalır. Əgər biz Vaşinqtondan da qarşılıqlı addımı görə bilməsək, matəmə bürünməyəcəyik”, - Peskov bildirib.