|
Səfirliyi atəşə tutanların operativ şəkildə yaxalanmasına görə Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edirik.
Axar.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin yaydığı bəyanatda deyilib.
“Bizə göstərilən diqqəti və təşkil edilən mühafizəni yüksək qiymətləndiririk”, - deyə bildirilib.
Qeyd edək ki, iki naməlum şəxs gecə saatlarında ABŞ səfirliyini atəşə tutmuşdu. Onların hər ikisi artıq yaxalanıb.