|
Ağ Ev hələ də Türkiyəni Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Simolin deyib.
“Türkiyənin NATO blokundan çıxmağa məcbur edilməsi ABŞ-ın xeyrinə olmayacaq. Görünür, Vaşinqton bəzi mövzularda Ankaraya dərs vermək niyyəti güdür. Onu da qeyd edək ki, Ərdoğan ABŞ-ı onu devirmək istəyən ölkə olaraq görür”, - deyə Simolin bildirib.