|
Hazırda Rusiyada olan sabiq prezident Viktor Yanukoviçin ələ keçirilməsi və cəzalandırılması üçün xüsusi təyinatlı qrup yaradıla bilər.
Axar.az xəbər verir ki, bu təkliflə ukraynalı prokuror Ruslan Kravçenko çıxış edib.
“Məsələn, MOSSAD kimi qurum yarada bilərik ki, Rusiyaya daxil olub, onu Ukraynaya gətirsin”, - deyə Kravçenko bildirib.
Qeyd edək ki, ötən ilin yayında Yanukoviçə Ukraynada cinayət işi qaldırılıb.