|
ABŞ Dövlət katibi Mayk Pompeo bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, Pompeo müsəlmanlara videomüraciət ünvanlayıb:
“Bütün müsəlmanların həccin sonunu göstərən Qurban bayramını təbrik edirəm. Bu, dünyanın fərqli yerlərindəki müsəlmanların dostları və ailə üzvləri ilə bir yerə toplaşdığı təfəkkür və ibadət vaxtıdır. Bu bayram hər birimiz üçün nümunədir. Müsəlmanlar Qurban bayramında ehtiyac sahibləri üçün qurban kəsir, yardımlar edirlər. ABŞ Dövlət Katibliyi adından hamımızın Qurban bayramını təbrik edirəm”.