|
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan beynəlxalq axtarışa verilib.
Axar.az xəbər verir ki, bu barədə respublika polisinin rəhbəri Valeri Osipyan məlumat verib.
“Narek Sarkisyan beynəlxalq axtarışa verilib. Biz onun tutulması üçün xaricdəki həmkarlarımızla aktiv əməkdaşlıq edirik”, - Osipyan deyib.
Qeyd edək ki, daha əvvəl Narek Sərkisyan və onun mühafizəçisi mənzilində həyata keçirilən axtarış zamanı aşkar edilən silah və narkotik maddə saxlama ittihamı ilə Ermənistan daxilində axtarışa verilib. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin Sərkisyanın yaxın dostunu da saxlayıb, ondan içərisində narkotik vasitələr və tapança olan çemodan müsadirə edilib.