|
Kanadanın Baş naziri Castin Trudo müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə şəxsi Tvitter səhifəsində yazan nazir, müsəlmanlara video-müraciət ünvanlayıb. Trudo təbrikə “Əssalamu aleyküm” sözləri ilə başlayıb. Onun bu hərəkəti sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Baş nazir Qurban bayramının mərhəmət göstərmək üçün gözəl fürsət olduğunu deyib.