|
Rusiya SSRİ-dən sonrakı ən böyük hərbi təlimlərə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu söyləyib. O, “Vostok-2018” adlı hərbi təlimdə Çin və Monqolustanın da iştirak edəcəyini deyib.
Şoyqu Sibir və Uzaq Şərqdə keçiriləcək hərbi təlimin həm əhatə dairəsinin genişliyinə, həm də əsgər və hərbi texnikanın sayına görə misli görünməmiş böyüklükdə olacağını bildirib.
Qeyd edək ki, Rusiyada sonuncu dəfə belə təlim 1981-ci ildə keçirilib. SSRİ dövrünə təsadüf edən hərbi təlim Belarus, Ukrayna, 3 Baltik ölkəsi və Varşava Paktındakı bəzi dövlətlərin ərazilərində baş tutub.