|
Rusiya Suriya probleminin həllinə töhfə verir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Suriya və Ukraynada birgə işləyəcəkləri təqdirdə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların götürüləcəyi ilə bağlı şərt irəli sürməsinə cavab olaraq deyib.
“Dünyanın heç bir ölkəsi Suriyadakı vəziyyətin siyasi-diplomatik yolla həllinə, həyat səviyyəsinin normallaşmasına, qaçqınların aktiv şəkildə geri qayıtması üçün şərtlərin yaradılmasına Rusiya kimi töhfə vermir. Sözsüz ki, burada söhbətin nədən getdiyini anlamaq lazımdır”, - Peskov bildirib.