ABŞ Prezidenti Donald Trampın Suriya və Ukraynada birgə işləyəcəkləri təqdirdə Rusiyaya qaşı tətbiq olunan sanksiyaların götürüləcəyi ilə bağlı şərt irəli sürməsi daxili publikaya hesablanıb.

Çünki qarşıda Konqresə seçkilər gəlir. Reallıqda isə onun Rusiyaya qarşı sanksiyaları ləğv etmək imkanı yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin dekan müavini, politoloq Andrey Suzdaltsev deyib.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bəyanatı çoxyönlü xarakter daşıyır.

“Xüsusilə onun Ukrayna barədə bəyanatı daxili siyasət xarakteri daşıyır. Bu, Tramp administrasiyasının Rusiyaya qarşı sərt mövqeyini və onun dünyaya şərtlərini diktə edən güclü bir beynəlxalq oyunçu olduğunu göstərir. Bu da Konqresə keçirilən seçkilərdə Respublikaçılar üçün çox vacibdir. Birgə işləməklə bağlı çıxışı isə xarici siyasətə, Moskvaya hesablanıb”, - politoloq bildirib.

Suzdaltsev əminliklə bildirib ki, Trampın vurğuladığı sanksiya ləğvini həyata keçirmək hazırda mümkün deyil:

“Konqresin əsas rol oynadığı siyasi sistemdə Tramp heç nə edə bilməz. Ona görə də onun sanksiyaların ləğvi barədə dedikləri məntiqli deyil. Sanksiyaları ancaq Konqres ləğv edə bilər. Ola bilsin ki, Tramp Suriyada Rusiya ilə işləmək istəyir, amma Ukrayna ilə bağlı bəyanatı daxili siyasət xarakteri daşıyır”.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti