|
Dağlıq Qarabağ münaqişəsinin həll prosesində heç bir irəliləyiş yoxdur.
Hazırkı vəziyyətdə irəliləyiş barədə danışmaq yanlışdır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi Tiqran Abramyan deyib.
Abramyan danışıqların dayandırıldığını bildirib:
“Əgər danışıqlar aparılmırsa, hərbi əməliyyatların bərpası riski artır. Əgər bu səssizlik bir qədər davam edəcəksə, sükut gözlənilmədən pozulacaq. Budəfəki müharibə çox fərqli olacaq. Buna görə də, danışıqları bərpa edib, vəziyyətdən çıxış yolu axtarmaq lazımdır”.