|
İsrailin Təhlükəsizlik naziri Gilad Erdan silah sənədləşdirmək üçün şərtləri asanlaşdıran dəyişiklikləri təsdiqləyib.
Axar.az xəbər verir ki, dəyişikliklərin əsas məqsədi silahdan istifadəsinə icazə verilən şəxslərin sayını artırmaqdır. Dəyişikliyə əsasən, İsrail ordusunda xidmət edən zabit və kapitanlar təxris olarkən silahlarını təslim etməyəcəklər.
Nazir silah istifadəsi üçün təlim keçən israillilərin sayının artırılmasının hücumların qarşısını almaqda və ictimai təhlükəsizliyi qorumaqda faydalı olacağını deyib.