|
Yunanıstanın Pirey şəhərində tanınmış vəkil, hakim Qriqorios Timaqenisin ofisinin önündə güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, partlayış nəticəsində insan təlafatı qeydə alınmasa da, yaxınlıqdakı binalara, avtomobillərə ciddi ziyan dəyib.
Məlumata görə, partlayışdan bir qədər əvvəl ərazidə şübhəli şəxs görünüb. O, ofisin qarşısına partlayıcı yerləşdirib və oradan uzaqlaşıb. Bundan sonra isə partlayış olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Qriqorios Timaqenis Yunanıstan Beynəlxalq Ticarət Palatasının arbitrajında hakimdir.