Tramp koronavirusla bağlı təhlükəni öncədən bilirdi?

“ABŞ Prezidenti Donald Tramp Amerikada pandemiya başlamazdan əvvəl koronavirusun təhlükəli olduğunu bilsə də bəyanatlarında bu təhlükəni kiçildib”.

“Qafqazinfo” “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu fikirlər məşhur amerikalı jurnalist Bob Vudvordun yeni kitabında yer alıb. 

Kitabda qeyd olunan məlumata görə, 7 fevralda Vudvordla söhbət zamanı Tramp virusun “ölümcül təhlükə” yaratdığını etiraf edərək koronavirusun adi qrip virusundan beş qat daha çox ölümcül olduğunu bildirib. Müəllif Trampın bu açıqlamalarının xalq arasında “virus yox olacaq” bəyanatları ilə tamamilə ziddiyyət təşkil etdiyini sözlərinə əlavə edib.

Bununla yanaşı Vudvord kitabında Trampı etibarını doğrultmayan və prezident kimi ən vacib vəzifələrinə laqeyd yanaşan bir şəxs kimi təsvir edib.

Vudvordun kitabı noyabrın 3-də ABŞ-da keçiriləcək seçkilərdən bir ay yarım əvvəl, 15 sentyabrda nəşr olunacaq. Kitab Trampın Vudvorda 2019-cu ilin dekabr və bu ilin iyul ayları arasında verdiyi 18 müsahibə əsasında yazılıb.

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti