|
Türkiyə keşiş Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran başa çatacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Türkiyə hökumətinin saxladığı keşiş Bransonun və digər amerikalıların azad edilməsi üçün çalışırıq. Ankara keşişi buraxmamaqla böyük səhvə yol verir”, - Bolton bildirib.