|
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar zərərli və ədalətsizdir.
Axar.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi İdris Cəzairi deyib.
“Tehrana qarşı iqtisadi müharibə başlatmaq lazım deyil. Sanksiyalar İran iqtisadiyyatı və valyutasını dağıdır. Bu, milyonlarla insanı yoxsulluğa yönəldir və idxal olunan məhsulların bahalaşmasına səbəb olur”.