|
2018.08.20, 01:36
Taliban Qurban bayramı münasibətilə girovda saxladığı yüzlərlə vətəndaşı azadlığa buraxacaq.
Axar.az xəbər verir ki, bu barədə "TOLO Nyus" televiziyası məlumat yayıb.
Qeyd edək ki, bu gün Əfqanıstan Prezidenti Əşrəf Qəni Qurban bayramından dolayı Talibanla 3 aylıq müvəqqəti atəşkəsin elan edilməsini istəyib.
Qruplaşma hələlik dövlət başçısının bu bəyanatına cavab verməyib.
***
Taliban terror qruplaşması girov saxladığı 29 nəfəri azadlığa buraxıb.
Təşkilatın bu addımı Qurban bayramı münasibətilə atdığı bildirilib.