Ərdoğan Prezident İlham Əliyevə yunan səfirinə dediyi sözlərə görə təşəkkür edib
Xəbər verildiyi kimi, sentyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Türkiyənin dövlət başçısına çatdırıb. 

Milli Məclisin Sədri bildirib ki, Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birini dəstəkləyir və bir-birinə arxalanırlar: “Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı şəxsən Sizin, xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun, Milli müdafiə naziri cənab Hulusi Akarın bəyanatları Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılanıb. Biz qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik və bu dəstəyin birmənalı şəkildə ifadə olunmasına görə Sizə və Türkiyə hökumətinin üzvlərinə dərindən təşəkkür edirik”. 

Sahibə Qafarova bildirib ki, “Bölgədə baş verən hadisələrin Türkiyə üçün doğurduğu təhdidlər ciddidir, biz bunu görürük: “Bununla belə, Türkiyə dövlətinin, ən əsası isə Zati-alinizin bu təhdidlərə qarşı qətiyyətli mövqeyiniz Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur.

Suriya, İraq, Liviya, Qaradəniz, Aralıq dənizi və Egey dənizində vermiş olduğunuz mücadilə Türk xalqının haqlı maraqlarını qorumaq üçün verilən milli mücadələdir. Biz bunun fərqindəyik.

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edərkən də dediyi kimi, biz Azərbaycan olaraq bu haqlı mübarizəsində qardaş Türkiyənin yanındayıq və nə olursa olsun, qardaş Türkiyə Cümhuriyyətini dəstəkləyəcəyik. Çünki Türkiyə sadəcə bizim strateji tərəfdaşımız deyil, qardaş dövlətimizdir. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin liderləri olaraq cənab İlham Əliyevlə Sizin aranızda mövcud olan səmimi dostluq və qardaşlıq ölkələrimiz arasında da olan münasibətlərə və dəstəyə əlavə təkan verir”.

Milli Məclisin Sədri Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib və bunun qardaş ölkənin enerji ehtiyaclarının təmin olunmasında mühüm rolunu  vurğulayıb:

Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş parlamentə uğurlar arzulayıb.

Türkiyənin dövlət başçısı onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələrdir:

“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birilərini dəstəkləyirlər.

Bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk”.

Prezident Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman belə olacağını diqqətə çatdırıb. İki ölkənin bölgədə birgə həyata keçirdikləri iqtisadi layihələrə toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri strateji əməkdaşlığımızın bir parçasıdır. Prezident iki qardaş ölkənin parlamentləri arasındakı münasibətlərdən də məmnunluğunu ifadə edib. Beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyə parlamentarilərinin birlikdə və çiyin-çiyinə fəaliyyət göstərməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti